Ağ Ev Kremlə güzəştə gedir: Rusiya lider olacaq
Tarix: 25-12-2015, 11:00 | Çap et
Ağ Ev Kremlə güzəştə gedir: Rusiya lider olacaq
ABŞ xarici siyasətdə Rusiyaya əhəmiyyətli dərəcədə güzəştə gedir. Modern.az xəbər verir ki, bu barədə Amerikanın “Trumpet” qəzeti yazıb.

Bildirilib ki, Ağ Ev Rusiyanı sakitləşdirmək üçün Suriya ilə bağlı siyasətini dəyişdirib.
“ABŞ administrasiyası “İslam dövləti”nə (İŞİD) qarşı mübarizədə Rusiya ilə birgə mübarizə aparmağın aktuallığını vurğulayır. Bu isə tərəddüddür. İndiki administrasiya dünya siyasi səhnəsində öz mövqelərini tamamilə itirməmək üçün kiminlə əməkdaşlıq etdiyini bilmir”.

Qeyd olunub ki, Rusiyanın Suriya böhranının nizama salmaq üçün İŞİD-ə qarşı hərbi hava əməliyyatlarına başlaması ABŞ siyasi elitasını sarsıdıb.

“Çünki Suriyadakı hərbi əməliyyatlar arzuolunan nəticələrə gətirib çıxarmır. Amerika rəhbərliyi bir tərəfdən Suriya münaqişəsini həlli istiqamətində Rusiyanın mövqeyini qəbul etməyə qərar verir, digər tərəfdən isə Ukrayna böhranına görə Kremlə təzyiq göstərir”,-deyə yazılıb.

Məqalədə vurğulanıB ki, Amerika cəmiyyəti Ağ Evin apardığı müharibələrdən artıq yorulub və ölkə rəhbərliyi daxildə öz mövqelərini itirir.

“Artıq hamı narazılıqlarını ifadə edir. Ehtimal ki, Amerika hegemonluğunun qürubunu rəsmi Vaşinqtondan başqa hamı müşahidə edir... Güman etmək olar ki, siyasi ziddiyyətlər tezlikıə dəyişəcək və Rusiya dünya siyasi arenasında liderliyə yiyələnəcək”.

Qeyd edək ki, Suriyada Bəşər Əsəd hakimiyyətinə qarşı 2011-ci ilin mart ayından etibarən başlayan etiraz dalğası sonradan vətəndaş qarşıdurmasına keçdi. Bu gün ekstremist qüvvələr Suriyanı cənginə alıb.

Rusiya, İran kimi regional güclər Bəşər Əsəd hakimiyyətinə hərbi-siyasi yardımlar göstərir. ABŞ, Türkiyə, Səudiyyə Ərəbistanı, İsrail və s. dövlətlər isə konstruktiv müxalif qüvvələrin mövqeyini dəstəklədiyini bəyan edir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net