“Ərimin obyektləri və hotelləri var...” - Manana
Tarix: 25-12-2015, 10:38 | Çap et
“Ərimin obyektləri və hotelləri var...” - Manana
Əməkdar artist Manana həyat yoldaşı Georgi Qabelavenin biznesi ilə bağlı danışıb.

“Qafqazinfo”nun məlumatına görə, sənətçi həyat yoldaşının Gürcüstanda hotellərinin olduğunu bildirib:

“Gürcüstandakı hotellər mənim yox, həyat yoldaşımındır. O, biznesmendir, öz biznesi var. Mənim biznesim yoxdur. Həyat yoldaşım mənlə tanış olmamışdan qabaq belə işlərlə məşğul olub. Dəniz və dağ ərazilərində obyektləri, hotelləri var. O deyir ki, bizimdir, amma mən bunu qəbul etmirəm. Biznes mənlik deyil, sənət insanıyam. O, ağıllı insandır. Devalvasiya olanda da hər şeyə hazır olur”.

Qeyd edək ki, Manana 2008-ci il yanvarın 8-də iş adamı Georgi Qabelave ilə ailə qurub. Cütlüyün Elizabet adlı qızı, David adlı oğlu var.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net