Məxfi xidmət əməkdaşının kompüterini və yaddaş kartını oğurladılar
Tarix: 25-12-2015, 10:36 |
Çap et
Amerika məxfi xdmətində (Secret Service ) növbəti qalmaqal baş verib. Bu barədə CNN məlumat yayıb.
Bildirilir ki, xidmət əməkdaşının maşınından xidməti silah və bir neçə şəxsi əşya oğurlanıb. Oğurlanan əşyalar arasında kompyuter üçün kiçik yaddaş kartı da var. Kartın yaddaşında hansı informasiyaların olması bilinmir. Bu da narahatlıqları daha da artırıb. Ən pisi isə odur ki, hadisə günorta, özü də məxfi xidmətin mərkəzi ofisinin maşın dayanacağında qeydə alınıb. Xatırladaq ki, məxfi xidmət ABŞ prezidentinin mühafizəsini təşkil edir. İndiyə qədər məxfi xidmətlə bağlı bu kimi xoşagəlməz hadisələr çox olub...