10 ildə Latın Amerikasında öldürülən jurnalistlərin sayı 60 faiz artıb
Tarix: 25-12-2015, 10:08 | Çap et
10 ildə Latın Amerikasında öldürülən jurnalistlərin sayı 60 faiz artıb
2015-ci ildə Latın Amerikası ölkələrində qatillərin əlindən 43 jurnalist ölüb. Modern.az xarici mediaya istinadən bildirir ki, ümumilikdə son 10 ildə bu regionda qeydə alınan cinayətlərin qurbanına çevrilən kütləvi informasiya vasitələri işçilərinin sayı 60 faiz çoxalıb.

Son 12 ayın “qara siyahısı”na Meksika başçılıq edir. Bu ölkədə son 10 ildə isə 123 jurnalist həlak olub.

Hondurasda situasiya nisbətən yaxşıdır – 2015-ci ildə zorakılıq nəticəsində 10 KİV əməkdaşı ölüb. 10 illiyin nəticəsinə görə, bu ölkə 53 qətllə ikinci sıradadır.

Bu il Braziliyada 8 jurnalist öldürülüb, Kolumbiyada bu göstərici 5, Qvatemaledə 3 olub. Bundan əlavə, Haiti, Paraqvay və Dominikan Respublikasının hərəsində 1 jurnalist məhv edilib.

Qeyd etmək lazımdır ki, cinayətkarlıq səviyyəsi yüksək olmasına baxmayaraq, Venesuela, Argentina və Ekvador KİV əməkdaşlarının təhlükəsizliyinin təminatı ilə bağlı çox az ittiham edilirlər.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net