ABŞ neftinin dünya bazarına çıxacağı - Vaxt
Tarix: 25-12-2015, 09:39 | Çap et
ABŞ neftinin dünya bazarına çıxacağı - Vaxt
Amerika nefti dünya bazarlarına yanvar ayının ilk həftəsində çıxarılacaq.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Vol Strit Jurnal” qəzeti yayıb. Qəzet neftin ixracını “Enterprayz Produkts Partners” şirkətinin həyata keçirəcəyini bildirib.

İlkin olaraq Texasın cənubunda hasil olunan 600 min barrellik neft Hyuston terminalı vasitəsilə Avropaya göndəriləcək. Bu nefti alan Hollandiyanın “Vitol Qrup” şirkəti onu İsveçrədəki neft emalı zavoduna çatdıracaq. ABŞ nefti burada dizel və digər yanacaq növlərinə çevrildikdən sonra Şimali Avropa ölkələrinə göndəriləcək.

Qeyd edək ki, ABŞ bir müddət öncə neft ixracı qadağasını ləğv edib.

Vaşinqton neft ixracı qadağasını 1973-cü ildən tətbiq edib. Buna əsas səbəb ərəb ölkələrinin ABŞ-a və Qərbi Avropa dövlətlərinə İsrailə dəstək verdiyi üçün neft embarqosu tətbiq etməsi olub.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net