!["Heç vaxt əxlaqsız hərəkətim olmayıb" - Şəbnəm Tapdıq "Heç vaxt əxlaqsız hərəkətim olmayıb" - Şəbnəm Tapdıq](/uploads/posts/2015-12/thumbs/1450960464_v.jpg)
“İndiyənə qədər heç kimi sevməmişəm. Heç kimisə sevməyin həsrətində də olmamışam”.
Axşam.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Şəbnəm Tapdıq “5/5” verilişində qonaq olarkən deyib:
“Anama-atama sevgi mənə bəsdir. Ömrümü valideynlərimə həsr etdim. İki seçim qoyulsa ki, biri ananın qəbri, digəri atın üstündə oğlan. Mən anamı seçərdim. Bacım-qardaşım ailə qurmağı seçdi. Dedilər ki, “Nə qədər ata-ana yanında oturacağıq”. Mən peşman deyiləm. Həyatımda heç vaxt əxlaqsız hərəkətim olmayıb. Atam mənimlə fəxr edir".