Daha bir miqrant faciəsi: 18 nəfər öldü
Tarix: 24-12-2015, 15:11 | Çap et
Daha bir miqrant faciəsi: 18 nəfər öldü
İzmirin Dikili rayonundan Yunanıstanın Midilli adasına yola düşən taxta gəmi batıb. Nəticədə 18 nəfər miqrant həyatını itirib.

ANS PRESS-in məlumatına görə, gəminin batmasına səbəb kimi onun həddindən artıq yüklənməsi göstərilir.

Axtarışlara başlayan xilasetmə qruplarının səyi nəticəsində 21 nəfərin həyatını xilas etmək mümkün olub. Batanlardan 6-sı uşaqdır. Miqrantlar Egey dənizinin sularında bataraq həyatını itirib.

Xilasetmə işlərinə dalğıcla və helikopterlər cəlb edilib.

Bu son bir həftədə qeydı alınan 3-cü minqrant faciəsidir. Belə ki, dekabrın 21-də və 23-də də Egey dənizində miqrantların olduğu gəmi, rezin qayıq batıb. Nəticədə 31 nəfər ölüb. Onlar arasında uşaqlar və qadınlar da olub.

Avropaya miqrant axınının artma səbəbi Yaxın Şərqdə və Şimali Afrikada baş verən silahlı münaqişələrdir. Müəyyən şəxslər bir miqdar pul müqabilində minqrantları kiçik rezin və ya taxta qayıqlarda Yunanıstana keçirməyə razılaşırlar. Bu zaman qayıqlara həddindən artıq insan mindirilir ki, bu da faciə ilə nəticələnir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net