O satıcılar cəzalanacaq – DİN
Tarix: 24-12-2015, 13:59 |
Çap et
Hər il olduğu kimi bu il də Yeni il ərəfəsində yüksək səs yayımına malik olan pirotexniki oyuncaqların dövriyyədən yığılması məqsədilə reydlər keçirilir.
Bu sözləri Axar.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Orxan Mənsurzadə partlayıcı oyuncaqların satışı barədə danışarkən deyib.
O, reydlər zamanı aşkar olunan vasitələrin dövriyyədən çıxarıldığını bildirib:
“Hazırda polis orqanlarının əməkdaşları əhalini ən çox narahat edən yüksək səs yayımına malik olan pirotexniki oyuncaqların dövriyyədən yığılması məqsədilə reydlər keçirirlər. Bu il də reydlərimiz davam edəcək. Qadağan olunmuş məhsulları satan satıcılara cəza olaraq, məhsullar müsadirə olunur. Hər il olduğu kimi, bu il də çalışacağıq ki, vətəndaşlarımız qarşıdakı bayramları daha təhlükəsiz şəkildə qeyd edə bilsinlər”.
Qeyd edək ki, bir neçə gün bundan öncə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Bakıda külli miqdarda partlayıcı oyuncaq aşkar edib.
İdarə əməkdaşları tərəfindən ümumilikdə 5771 ədəd yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı oyuncaq aşkar edilərək götürülüb.