Rus ordusu Ukraynaya girdi
Tarix: 24-12-2015, 13:44 | Çap et
Rus ordusu Ukraynaya girdi
Rusiya ordusunun bölmələri Ukraynanın Donetsk vilayətinin Kominternovo kəndinə daxil olub.

Axar.az xəbər verir ki, bu barədə məlumatı İnformasiya Müqaviməti Qrupu yayıb. Təşkilat separatçı qüvvələrin Qara dəniz istiqamətində yeni ərazilərin ələ keçirilməsi üçün fəaliyyətə başladığını bildirib:

“Hazırda terrorçular Zaiçenko rayonu istiqamətində əlavə 6 ədəd ağır hərbi texnika yerləşdiriblər. Üstəlik, Roza Lüksemburq və Proxnya kəndi istiqamətindən Zaiçenkoya əlavə 3 tank, tank əleyhinə silah olan 2 MT-LB, 4 BTR-80 göndərilir. Artıq Komiternovaya separatçıların yerinə Rusiya ordusunun bölmələri daxil olub”.

Qeyd edək ki, bundan öncə Kiyev dəfələrlə Donetskdə Rusiya hərbi bölmələrinin olduğunu bəyan edib. Moskva isə bu iddiaların heç birinin doğru olmadığını söyləyib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net