“Heç kəsə dəvətnamə verməmişdik” - Foto
Tarix: 24-12-2015, 13:02 |
Çap et
Xalq artisti Alim Qasımov və qızı Fərqanə Qasımova Beynəlxalq Muğam Mərkəzində konsert verib.
Axar.az-ın məlumatına görə, ən çox sevilən muğamlar ifa edilib.
A.Qasımov gələn qonaqlara təşəkkürünü bildirib: “Biz heç kəsə dəvətnamə verməmişdik. Bura gələnlərin hamısı sənət, muğam sevən insanlardır. Hər birinizi musiqidən zövq almağa dəvət edirəm”.
A.Qasımov və F.Qasımovanın ifaları tamaşaçılar tərəfindən alqışla qarşılanıb.