“Birinci xanıma baxmaqdan doymuram...” - İlhamə Quliyeva
Tarix: 24-12-2015, 12:37 | Çap et
“Birinci xanıma baxmaqdan doymuram...” - İlhamə Quliyeva
Xalq artisti İlhamə Quliyeva “10-dan sonra” verilişinin qonağı olub.

“Qafqazinfo”nun məlumatına görə, xalq artisti ondan icazə almadan mahnı oxuyanlara bir daha xəbərdarlıq edib:

“İcazəsiz mahnımı oxuyanları asıram, kəsirəm, cəza verirəm. Çaşmasınlar... Sənət adamları özünə hörmət eləməlidi. Onun-bunun işinə əl atmayın. Öz xörəyinizi yeyin. Deməmək də olmur. Gərək bunları hər dəfə deyəsən. Oxusalar açacam sandığı, tökəcəm pambığı. Əlimdə faktlarım var. Mənim mahnılarımı yaşadacaq insanlar var. Nadir yanımdadı. Özünə hörmət qoyan müğənnidir. Daha sonra əməkdar artistimiz Abbas Bağırov mənim mahnılarımı yaşadan insanlardandır. Mən hələ çox illər yaşayacam”.

İlhamə Quliyeva birinci xanım Mehriban Əliyevadan mükafat gözlədiyini bildirib:

“Mehriban xanım dəyərli şəxslərə “Qızıl Buta” mükafatı verir. O mükafatdan məndə almaq istəyirəm. Mən birinci xanıma baxmaqdan doymuram, onun gözəlliyinə heyranam. Bəlkə də ona baxıb gözəlləşirəm”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net