Morninqstar: Azərbaycan qazının SGC ilə Avropaya çatmaması Rusiyanı sevindirər
Tarix: 24-12-2015, 12:16 | Çap et
Morninqstar: Azərbaycan qazının SGC ilə Avropaya çatmaması Rusiyanı sevindirər
İran qazının Cənub Qaz Dəhlizi (SGC) vasitəsi ilə Avropa bazarına çıxarılması bir çox amildən asılı olacaq.

Öncə nüvə razılaşması həyata keçirilməli və sanksiyalar ləğv edilməlidir.

Bunu www.naturalgaseurope.com saytına müsahibə verən ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, Atlantika Şurasındakı Qlobal Enerji Mərkəzinin qurucu direktoru Riçard Morninqstar deyib.

Keçmiş səfir SGC-ni "uğurlu reallıq" adlandırıb və onun enerji təhlükəsizliyini təmin edəcək tək mənbə olmadığını da açıqlayıb: "SGC Avropa üçün çox böyük əhəmiyyətə malikdir. Təbii ki, Qərb bu cür layihələrin reallaşdırılmasına hər zaman dəstək olub. Ötən əsrin 90-cı illərində də Bakı-Tbilisi-Ceyhan layihəsinin reallaşmasına Qərb lazımi dəstəyi göstərib".

R.Morninqstarın sözlərinə görə, SGC-nin baş tutmaması Rusiya üçün əhəmiyyətlidir: "Düşünürəm ki, SGC-nin baş tutmaması Rusiyanı sevindirər. İranın bu layihədə iştirakına gəlincə isə, biz hələ bilmirik, İran burada nə istəyir. Biz rəsmi Tehranın nə istədiyini görmək üçün gözləməliyik".





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net