Ağ Evin Suriya hakimiyyəti ilə əlaqələri üzə çıxdı - DETALLAR
Tarix: 24-12-2015, 10:38 | Çap et
Ağ Evin Suriya hakimiyyəti ilə əlaqələri üzə çıxdı - DETALLAR
ABŞ prezidenti Barak Obama administrasiyası Suriya hakimiyyətinin nümayəndələri ilə bir neçə il ərzində məxfi danışıqlar aparıb.

Modern.az saytının verdiyi xəbərə görə, ABŞ-ın məşhur “The Wall Street Journal” nəşri bu barədə yazıb. Məqalədə qeyd edilib ki, Ağ Ev Suriyada hərbi çevrilişin həyata keçirilməsi məqsədi ilə Bəşər Əsəd komandasındakı şəxslərlə təmasa keçib.
Amerika və ərəb məmurlarının içərisində olan mənbələrin məlumatına görə, Bəşər Əsədin hakimiyyətdən kənar edilməsi, zorakılığın səviyyəsinin azalmasına nail olmaq bu məxfi məsləhətləşmələrin əsas hədəfinə çevrilib.

“ABŞ lap əvvəldən Suriya rejimində zəif yerləri axtarıb və bundan istifadə edə bilib. Hərbi çevriliş etməkdən ötrü belə adamlar tapılıb. Rəsmi nümayəndələrin sözlərinə görə Suriyadakı rejimlə vaxtaşırı əlaqələr qurulub və bütün diqqət konkret məsələlərə cəmləşib.

Bəzən əsas məmurlar bir-birilə birbaşa danışıblar, bəzən isə vasitəçilərdən istifadə edirdilər. Onlar Rusiya və İran kimi vasitəçilərlə müraciət ünvanlayırdılar”,-deyə nəşr yazıb.

“The Wall Street Journal” belə bir iddia irəli sürüb ki, ABŞ dövlət katibinin keçmiş müavini Uilyam Berns 2012-ci ildə iki dəfə Suriyanın xarici işlər naziri Valid Muallimlə zəng edib.

“Zəngin məqsədi Bəşər Əsədin kimyəvi silahdan istifadə etməməsi üçün ona xəbərdarlıq göndərmək idi”.

İddiaya görə Vaşinqton və Dəməşq arasında konsultasiyalarda iştirak edən əsas şəxslərdən biri Bəşər Əsədin inam bəslədiyi biznesmen Xalid Əhməd olub.

“Əhməd 2013-cü ildə Cenevrədə ABŞ-ın Suriyadakı keçmiş səfiri Robert Fordla sülh nizamlanması üzrə danışıqların müzakirəsi çərçivəsində görüşürdü. Daha sonra ABŞ Dövlət Departamentinin nümayəndələri Suriyanın Xarici İşlər Nazirliyi ilə təmaslar qurub. Onlar əmin olmaq istəyirdilər ki, ABŞ-ın “İslam dövləti” (İŞİD) terror qruplaşmasına zərbə endirməsinə Dəməşq mane olmayacaq.

2013-cü ildə İŞİD-in təsirinin birdən-birə artması ABŞ administrasiyasını qəflətən yaxaladı. Bəşər Əsəd bundan öz mövqelərini möhkəmlətmək üçün istifadə edə bildi”.

Qəzetin mənbələri bununla əlaqədar olaraq bildiriblər ki, Suriyanın BMT yanındakı daimi nümayəndəsi Bəşər Cəfəri amerikalı həmkarı Samanta Pauerlaə məsləhətləşmələr keçirir. Həmçinin vurğulanıb ki, Ağ Evin ötən yazda həlak olmuş əməkdaşı Stiv Saymon guya Əhmədin dəvəti ilə Dəməşqə gedib və Əsədlə görüşüb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net