Ramadi şəhəri 1-2 günə azad edilə bilər
Tarix: 23-12-2015, 16:13 | Çap et
Ramadi şəhəri 1-2 günə azad edilə bilər
İraq rəsmisi “İslam Dövləti” yaraqlılarının 1-2 günə Ramadi şəhərindən çıxarılacağını bildirir.

İraq Televiziyası ordu zabiti Osman al Ghanemiyə istinatla şəhərin yaxın günlərdə tam azad ediləcəyini xəbər verib.

İraq ordusu dekabrın 22-dən şəhərin mərkəzinə hücuma keçib.

Bundan əvvəl şəhər tam mühasirəyə alınmışdı.

Ramadi şəhəri paytaxt Bağdadın 100 kilometrliyində yerləşir.

Ramadi götürülsə bu Tikritdən sonra “İslam Dövləti” qrupundan alınan ikinci böyük şəhər olacaq.

Hazırda İraq və Suriya ərazilərinin xeyli hissəsi “İslam Dövləti” qrupunun nəzarətindədir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net