![Bakıda ailədaxili müəmmalı oğurluq – Həbslər Bakıda ailədaxili müəmmalı oğurluq – Həbslər](/uploads/posts/2015-12/thumbs/1450871064_v.jpg)
Bakıda mütəşəkkil dəstə ifşa olunub.
Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda qeyd olunub ki, Bakı sakini Rüzigar Əliyev Nərimanov Rayon Polis İdarəsinə müraciət edib.
Vətəndaş ərizəsində bildirib ki, martın 12-də qızı Gülərin ona xəbər vermədən evdə olan 3500 manat və 19000 dolları, habelə bir cüt qızıl sırğanı tanışı Səbuhi Əliyevə verib.
Araşdırmaların nəticəsində isə S.Əliyevin həmyerliləri Samir İsayev, Nicat İsmayılov, Emin və Turqut adlı şəxslərin Güləri aldadaraq həmin pulu və qızıl əşyanı alması müəyyən edilib.
Həmçinin, N.İsmayılovun əldə olunmuş puldan 9600 dollarını dəstədən gizlətdiyi üçün martın 18-də qrupun digər üzvləri tərəfindən oğurlandığı məlum olub.
O, əl-qolu bağlanaraq Binəqədi ərazisindəki otellərdən birində saxlanılıb, bir gün sonra oradan qaçıb. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə S.Əliyev, S.İsayev və N.İsmayılov tutulublar.
Gülərin Səbuhiyə pulları necə və niyə verməsi, daha sonra qızın pulu onun tanışlarına niyə verməsi qaranlıq qalır.