![Ağadadaş Ağayev əksəriyyətin QƏZƏBİNƏ GƏLDİ Ağadadaş Ağayev əksəriyyətin QƏZƏBİNƏ GƏLDİ](/uploads/posts/2015-12/thumbs/1450857441_v.jpg)
Hafta.az bildirir ki, dünən axşamdan bəri bütün sosial şəbəkələrdə xalq artisti Ağadadaş Ağayev hədəfə götürülüb. Belə ki, xalq artistinin big.az-a açıqlamasına görə, ABŞ dollarının bahalaşması, manatın məzənnəsinin düşməsi bir vətəndaş olaraq onu sevindirir. O, bunu neftin taleyi ilə izah edir və bildirir ki, dollar qlxdıqca satılacaq qara qızıldan daha çox pul gələcək. Və hətta aşıq-açıq belə söyləyib:
“Əcəb olub, dollar qalxıb”.
Sosial şəbəkələrdə isə ictima yükü olan şəxlər bu açıqlamaya çox aqressiv rəylər bildirirlər. Onlar “yəqin sənin pulun hamısı dollardı”, “sən bu xalqın düşmənisən”, “indi daha baha oxuyacaqsan deyə sevinirsən”, “sənin nə vecinə iki oğlunu da vəzifəyə qoydurmusan” deyə ittihamlar var. Hətta bəziləri qarğış etməkdən belə çəkinmirlər: “Rəhmətlik Şəhriyar demişkən, -Görüm məzlumların ahı tutsun səni”.
![Ağadadaş Ağayev əksəriyyətin QƏZƏBİNƏ GƏLDİ Ağadadaş Ağayev əksəriyyətin QƏZƏBİNƏ GƏLDİ](/uploads/posts/2015-12/thumbs/1450857494_image001.png)
Facebook sosial şəbəkəsində bir çoxları bundan sonra xalq artistinin mahnılarını dinləməyəcəklərini belə deyiblər. Əməkdaşımız bu ittihamlara cavab almaq istəsə də müğənni hələ ki, susmağa üstünlük verdi.
![Ağadadaş Ağayev əksəriyyətin QƏZƏBİNƏ GƏLDİ Ağadadaş Ağayev əksəriyyətin QƏZƏBİNƏ GƏLDİ](/uploads/posts/2015-12/thumbs/1450857464_image002.png)