Tiflis Moskvanın “İsgəndər”lərinə cavab verdi
Tarix: 23-12-2015, 10:24 | Çap et
Tiflis Moskvanın “İsgəndər”lərinə cavab verdi
“İsgəndər-M” raketlərinin Cənubi Osetiyada yerləşdirilməsi regional miqyasda təhlükədir.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın Müdafiə naziri Tinatin Xidaşeli söyləyib. Onun sözlərinə görə, bu məsələ Gürcüstan üçün çox vacibdir:

“Bu, regional miqyaslı mövzudur, ona görə də düşünmürəm ki, mənim bunu individual şəkildə şərh etməyimə ehtiyac yoxdur. Bu məsələ təkcə Gürcüstan üçün yox, həm bütün region üçün vacibdir”.

Qeyd edək ki, bir müddət öncə “Amerikanın səsi” radiosunun Gürcüstan bölməsi Rusiyanın Cənubi Osetiyanın Djave rayonunda “İsgəndər M” raketləri yerləşdirdiyi haqqında informasiya yayıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net