
Ali Rada üçüncü cəhdində Xalq Cəbhəsi Partiyasından millət vəkili, biznesmen Nikolay Martınenkonun səlahiyyətlərinə xitam verilməsi barədə qərar qəbul edib.
Axar.az xəbər verir ki, 228 millət vəkili onun əleyhinə səs verib.
“Mən bu qərarı qəbul edirəm. Çünki siyasi sabitliyin pozulmasını, erkən seçkilər və intiqam istəmirəm. Məni qaralama kampaniyası üçün 10 milyon dollar pul xərclənib. Gec-tez biz bu kampaniyanın sifarişçilərinin adlarını biləcəyik. Mən deputat mandatı olmadan özümün gühahsızlığımı sübut etmək istəyirəm”, - deputat bildirib.
Qeyd edək ki, Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili tez-tez Martınenkonu korrupsiyada günahlandırıb və onun parlamentdəki səlahiyyətlərinə xitam verilməsini istəyib.

