![Ələsgər Məmmədoğlunun vida mərasimi niyə evində oldu? - NARAZILIQ Ələsgər Məmmədoğlunun vida mərasimi niyə evində oldu? - NARAZILIQ](/uploads/posts/2015-12/1450790051_v.jpg)
“Mədəniyyət və Turizm Nazirliyi, o cümlədən Akademik Milli Dram Teatrı əməkdar artist Ələsgər Məmmədoğlunun dəfni ilə əlaqədar köməklik edib, edəcək də. Mətbuatda yazılanlardan xəbərim yoxdur, ona görə hər hansı fikir bildirə bilmərəm. Dünən gecə axşam Ələsgər Məmmədoğlunun oğlu dedi ki, aktyoru “Qurd Qapısı” qəbiristanlığında anasının yanında dəfn edəcəklər. Bu gün də dəfn mərasimində Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri, Akademik Milli Dram Teatrının direktoru, Ələsgər Məmmədoğlunun sənət dostları, rejissorlar, aktyorlar iştirak ediblər”.
Bunu Modern.az saytına açıqlamasında Akademik Milli Dram teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı bildirib. Onun sözlərinə görə dünən axşam saatlarında dünyasını dəyişən əməkdar artistin dəfni və hüzr mərasimi həm nazirlik, həm də teatr rəhbərliyinin diqqətindədir. Bu diqqət bundan sonra da mərhum aktyorunun ailəsinə göstəriləcək.
Qeyd edək ki, əməkdar artistin vida mərasiminin onun çalışdığı Akademik Milli Dram Teatrında deyil, evində keçirlməsinin narazılıqlara səbəb olduğu bildirilir. Hətta ailəsində bunu aktyora qarşı hörmətsizlik kimi qiymətləndiriblər.
Sosial şəbəkələrdə bu hörmətsizliyə görə Mədəniyyət və Turizm Nazirliyini qınayanlar da olub.
Adı çəkilən nazirlikdən isə məsələyə münasibət öyrənmək mümkün olmayıb.