Bayram yarmarkalarının ünvanları açıqlandı
Tarix: 22-12-2015, 16:39 | Çap et
Bayram yarmarkalarının ünvanları açıqlandı
Hər il olduğu kimi bu il də bayramla bağlı kənd təsərrüfatı məhsullarının yarmarkaları təşkil olunacaq.

ANS PRESS-in məlumatına görə, yarmarkalar dekabrın 26-dan yanvarın 5-ə kimi paytaxtın müxtəlif yerlərində, o cümlədən, Sumqayıtda keçiriləcək.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin katibi Murtuzəli Hacıyev ANS PRESS-ə açıqlamasında deyib ki, yarmarkaların təşkili ilə bağlı hazırda işlər gedir. Artıq yerlər seçilib.

"Bu il ötən illərə nisbətən yarmarkaların sayı az olacaq. Ən böyük yarmarka Sumqayıt şəhərində təşkil olunacaq. Bu il kənd təsərrüfatı yarmarkalarının sayının az olması paytaxtın bəzi yerlərində gedən təmir-tikinti işləri ilə bağlıdır".

Bayram yarmarkalarının ünvanları açıqlandı
Murtuzəli Hacıyev - Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin katibi

M.Hacıyevin sözlərinə görə, yarmarkalarda yerli məhsullarda qiymət artımı yox, əskinə endirim gözlənilir.

Bayram yarmarkalarının ünvanları açıqlandı
Yarmarkaların ünvanları

Paytaxtın Yasamal və Nəsimi rayonlarında da yarmarkaların təşkili ilə bağlı İcra Hakimiyyəti ilə danışıqlar gedir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net