Tarif Şurası tərəfindən qiyməti tənzimlənmiş dərman vasitələrinin qiymətinə yenidən baxılacaq
Tarix: 22-12-2015, 16:05 | Çap et
Tarif Şurası tərəfindən qiyməti tənzimlənmiş dərman vasitələrinin qiymətinə yenidən baxılacaq
Qiymətləri Tarif Şurası tərəfindən tənzimlənmiş dərman vasitələrinin qiymətlərinə manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar olaraq Tarif Şurası tərəfindən yenidən baxılacaq, uyğunlaşdırma aparılacaq.

Bu barədə APA-ya açıqlamasında İqtisadiyyat və Sənaye Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyev bildirib.

A. Əliyev qeyd edib ki, Tarif Şurasının dərmanların qiymətinin tənzimlənməsi ilə bağlı qərarlarından sonra dərmanların qiyməti kəskin şəkildə - 2-3 dəfədən çox, bəzi dərman vasitələrində 5-10 dəfəyə qədər azaldılıb: "Tarif Şurası tərəfindən tənzimlənmiş dərman vasitələrinin manatın yeni məzənnəsinə uyğunlaşdırılacaq qiymətləri tənzimləmədən əvvəlki qiymətdən yenə də dəfələrlə aşağı olacaq. Dərmanların qiymətinin tənzimlənməsi ilə əlaqədar layihənin sosial əhəmiyyəti yenə də mühüm olaraq qalır".

Qeyd edək ki, indiyə qədər Tarif Şurası 3500-dən çox dərman vasitəsinin qiymətinin tənzimlənməsi barədə qərar verib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net