Bakıda "exchange"lər alış məzənnəsini azaldıb
Tarix: 22-12-2015, 15:40 | Çap et
Bakıda "exchange"lər alış məzənnəsini azaldıb
Report" Agentliyinin analitik qrupu Bakı şəhərinin mərkəzi hissəsində yerləşən valyutadəyişmə məntəqələrində nağd valyutanın alış-satış məzənnəsi üzrə monitorinq keçirib.

Valyutadəyişmə məntəqələrindən verilən məlumata görə, bu gün, günün ilk yarısında alıcı və satıcılar arasında balans qeydə alınıb: "Dolların ən yaxsı alış məzənnəsi 1,56 AZN/USD, ən yaxşı satış məzənnəsi isə 1,57 AZN/USD olub".

Maraqlıdır ki, günün ikinci yarısında bəzi məntəqələr alış məzənnəsini 1,55 AZN/USD səviyyəsinə endirib. Bu da bazarda valyutanı manata konvertasiya etmək istəyənlərin sayının nisbi artımı ilə əlaqədardır. Valyutadəyişmə məntəqələrinin əməkdaşları bazarın bir neçə gün ərzində tam sabitləşəcəyinə ümid etdiklərini bildiriblər.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net