Devalvasiya təxribatları başladı - FOTOFAKT
Tarix: 22-12-2015, 14:21 | Çap et
Devalvasiya təxribatları başladı - FOTOFAKT
Azərbaycanda dolların 50 faiz bahalaşmasını fürsət bilən müxalifətçilər ölkədə ictimai rəyi çaşdırmaq üçün yeni təxriabtlara əl atıblar. Sosial şəbəkələrdə müxalifət təmsilçiləri tərəfindən guya Bakıda insanların etiraza qalxması ilə bağlı videogörüntülər yayılıb. Ancaq, kiçik araşdırma zamanı məlum olur ki, bu gun Facebook şəbəkəsində yayılan etiraz videosu 2013-cü ilə aiddir.

Devalvasiya təxribatları başladı - FOTOFAKT

“Müsavatçılar” qrupu 2013-cü ilin yanvarında lentə alınan görüntüləri paylaşmaqla insanların guya dövlətə qarşı çıxdığını göstərməyə çalışır. Burada əsas məqsəd Facebook vasitəsilə insanları təxribata çəkib, onları dövlət əleyhinə çıxmağa sövq etməkdir.

Devalvasiya təxribatları başladı - FOTOFAKT

Videonun çəkilmə tarixindən də görünür ki, paylaşılan video 2013-cü ilin yanvarına aiddir.
Maraqlıdır ki, həmin videonu paylaşan səhifənin bundan öncəki adı “Nardarana dəstək olaq” imiş. Səhifə Nardaran hadisələri zamanı qəsəbə sakinlərini, eləcə də ölkədə dini kəsimi dövlətə qarşı ayağa qalxamağa çağırmaqla açıq-aşkar təxribatla məşğul olub. Məlum olaylardan sonra iz itirmək üçün səhifənin adı dəyişdirilib.

Devalvasiya təxribatları başladı - FOTOFAKT

“Made in Azerbaijan” adlanan Facebook səhifədəki əksər paylaşımlar təxribat xarakterli olmaqla yanaşı, ictimai rəyi çaşdırmağa hesablanır.

Qeyd edək ki, “Nardarana dəstək olaq” səhifəsinin Əli Kərimlinin AXCP-sinə məxsus olduğu bildirilir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net