![Müsəlmanlar xristianlara sipər oldular Müsəlmanlar xristianlara sipər oldular](/uploads/posts/2015-12/1450773503_v.jpg)
Keniyada müsəlmanlar xristianlara sipər oldular. ANS PRESS-in məlumatına görə, terror təşkilatı olan "Əş Şabab" paytaxt Nayrobidən Manderaya gedən sərnişin avtobusuna silahlı basqın edib. Onlar sərnişinləri dinlərinə görə iki qrupa ayırmaq istəyiblər. Lakin müsəlmanlar xristianları qorumaq üçün bundan imtina ediblər.
Terror aktı nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb.
Şahidlərin sözlərinə görə, 10 terrorçu avtobusu əhatəyə alıb. Müsəlmanların və xristianların ayrılmasını tələb ediblər. Lakin müsəlmanlar avtobusdan enməkdən imtina ediblər. "Bizə atəş açaraq öldürməklə təhdid etdilər. Amma biz qardaşlarımızı qorumaq üçün onlardan ayrılmadıq. Terrorçular bundan sonra çıxıb getdilər. Amma geri qayıdacaqlarını dedilər", - deyə sərnişinlər bildiriblər.
Millət vəkili, bölgə komissiyasının üzvü Julius Otieno da bu barədə xəbəri təsdiqləyib. Onun sözlərinə görə, müsəlmanlar xristian qrupdan ayrılmaqdan imtina ediblər. Buna görə də terrorçular onları ayırd edə bilməyiblər.
"Əş Şabab" silahlıları da basqın xəbərini təsdiqləyib.
"Əş Şabab" Somalidə federal keçid hökumətinə qarşı mübarizə üçün 2011-ci ildə qurulan silahalı qruplaşmadır. Müntəzəm olaraq silahlı basqınlar, terror aktları həyata keçirir. Ötən il məktəb avtobusuna edilən basqın 17-si müəllim olmaqla 28 nəfərin ölümünə yol açmışdı.
Onlar həmçinin Somalidə prezident sarayına edilən hücum nəticəsində 9 nəfər həyatını itirməsinə səbəb olan hadisəyə görə də məsuliyyəti üzərlərinə götürüblər.