![“Açıq Rusiya” əməkdaşlarının mənzilləri axtarılır “Açıq Rusiya” əməkdaşlarının mənzilləri axtarılır](/uploads/posts/2015-12/thumbs/1450768007_v.jpg)
Dekabrın 22-də səhər tezdən “Açıq Rusiya” təşkilatı əməkdaşlarının mənzillərində axtarışlar başlanıb. Axtarış keçmiş neft maqnatı Mikhail Khodorkovsky-nin mətbuat katibi Kulle Pispanen-in mənzilində də aparılır. Bu barədə Mikhail Khodorkovsky-nin yaratdığı hərəkat məlumat yayıb.
İstintaq komitəsinin təmsilçiləri axtarışın Mikhail Khodorkovsky-nin işilə bağlı olduğunu deyiblər. Ancaq hələlik hansı işdən söhbət getdiyi dəqiqləşdirilməyib. Dekabrın 11-də YUKOS-un keçmiş rəhbərinə Nefteyuqanskın merinin ölümünün təşkili ittihamı irəli sürülüb.
Axtarışın azı yeddi əməkdaşın evində aparıldığı bildirilir.
Mənzilində axtarış barədə PARNAS-ın Peterburq bölməsinin həmtəsisçisi və “Açıq Rusiya”nın koordinatoru Olga Qryaznevish tvitterdə yazıb.