![Suriya Abxaziyanın müstəqilliyini tanıyacaq Suriya Abxaziyanın müstəqilliyini tanıyacaq](/uploads/posts/2015-12/thumbs/1450705115_v.jpg)
Suriya Abxaziyanın müstəqilliyini tanıya bilər.
Axar.az xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında qondarma Abxaziyanın Xarici İşlər naziri Vyaçeslav Çirikbi söyləyib. O, Suriyanın Rusiyadakı səfiri Riyad Xaddadla görüşdüyünü və mümkün əməkdaşlıq istiqamətlərini müzakirə etdiyini bildirib:
“Doğrudur, indiki müharibə şəraitində qarşılıqlı əməkdaşlıqla bağlı mümkün aspektləri reallaşdırmaq bir az çətindir. Bu əməkdaşlığın sonda Abxaziyanın Suriya tərəfindən tanınmasına gətirib çıxaracağını deməmək mümkün deyil. Bu, əlbəttə ki, Suriya tərəfinin suveren qərarı olacaq”.
Qeyd edək ki, Abxaziya Gürcüstanın bir parçasıdır. Qondarma rejimin müstəqilliyi 2008-ci ildə Rusiya tərəfindən tanınıb.