“Əsas günahkarlar Maliyyə Nazirliyi və Mərkəzi Bankdır“
Tarix: 21-12-2015, 17:00 | Çap et
“Əsas günahkarlar Maliyyə Nazirliyi və Mərkəzi Bankdır“
“Mövcud vəziyyətin yaranmasında əsas günahkar bilavasitə Maliyyə Nazirliyi və Mərkəzi Bankdır. İstəyir 1 dollar lap 100 manat olsun, yenə problem həll olunan deyil”.

Bunları maliyyəçi Qulu İbrahimli AzPolitika.info-ya açıqlamasında manatın növbəti kəskin devalvasiyasına münasibət bildirərkən deyib.

Ekspert deyir ki, pul bazası (bazarda manat kütləsi) azaldılıbsa, onda manatın kursunun aşağı salınmasnın heç bir iqtisadi əsası yoxdur. İndiki devalvasiyada beynəlxalq iqtisadi mühitdə baş verənlərin heç bir rolu yoxdur.
“İndi heç bir inkişaf etməkdə olan ölkənin valyutası bu qədər dəyər itirmir, əksinə dəyəri artır. Fevral devalvasiyasındakı 34%-də beynəlxalq amil artıqlaması ilə nəzərə alınıb”.

Q.İbrahimlinin fikrincə, əsas səbəb maliyyə və pul siyasətində, dövlət nəzarətindəki yarıtmazlıqlardır. “Valyuta ehtiyatlarının azalmasında və indiki devalvasiyada əsas rolu Beynəlxalq Bankın xaricə valyuta borclarındakı likvidlik kəsiri oynamışdır. Təsəvvür edin ki, siz qonşudan 1 ilə qaytarmaq şərti ilə dollarla borc almısız və həmin borcu manatla başqalarına, qohum-əqrabanıza 3-5 illiyə vermisiz. İndi qonşuya borcu qaytarmaq vaxtı çatıb, amma verdiyiniz borcun qaytarılması vaxtına isə çox qalıb. Bu vəziyyətdə Beynəlxalq Bankın da xaricə dollar borcunun qaytarılması Mərkəzi Bankın valyuta ehtiyatlarında azalmaya səbəb olur. Manatın ucuzlaşdırılması MB-ın valyuta ehtiyatlarının azalmasının qarşısını onsuz da almayacaq”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net