Avtosalonlar satışı dayandırdı - FOTO
Tarix: 21-12-2015, 16:46 |
Çap et
Maşın bazarında bahalı brend avtomobilləri satan "Mir" avto salonunda satış tamamilə dayandırılıb. Bunu hafta.az-a açıqlamasında avtosalonun satış nümayəndəsi bildirib. Onun sözlərinə görə, buna səbəb dolların bahalaşmasıdır.
"Cahangan", "Toyota", "Lexus", "Imperial Cars" avtosalonlarında da satış tam olaraq dayandırılıb. Avtosalonun nümayəndəsinin əməkdaşımıza verdiyi xəbərə görə, buna səbəb dollar və avronun bahalaşmasıdır.
Bir sıra avtomobil salonları isə bu gün ümumiyyətlə, işləmir. Salonların rəhbərliyi dolların kursunda bahalaşma baş verdikdən sonra səhər obyekti bağlayıblar.