`Siqaretin qiyməti hələ qalxmayıb` - Rüfət Quliyev
Tarix: 21-12-2015, 15:35 | Çap et
`Siqaretin qiyməti hələ qalxmayıb` - Rüfət Quliyev
Dolların bahalaşmasından sonra sosial şəbəkələrdə siqaretin qiymətinin qalxması haqda məlumatlar yayılıb. Bildirilir ki, bəzi mağazalarda tütün məmulatlarının qiyməti 50% bahalaşıb.

"European Tobacco Baku" ASC (ETB) tütün şirkətinin İdarə heyətinin sədri, millət vəkili Rüfət Quliyev AzVision.az-a açıqlamasında bildirib ki, hazırda siqaret satışında qiymət artımı qeydə alınmayıb.

Deputatın sözlərinə görə, qarşıdakı günlərdə qiymət artımın olub-olmaması bazarda cərəyan edən proseslərdən aslı olacaq: “Dolların bahalaşmasından sonra siqaretin qiymətinin qalxması haqda məlumatlar yayırlar. Qeyd etmək istərdim ki, rəsmi şəkildə qiymət artımı qeydə alınmayıb. Ola bilsin, kimlərsə süni şəkildə qiymətləri artırıblar. Biz siqaretin istehsalı ilə məşğul oluruq. Dünyada tanınmış iki nəhəng siqaret şirkəti var və bizim istehsal etdiyimiz siqaretin satışı ilə onlar məşğul olur”.

Qeyd edək ki, bu gün Azərbaycan Mərkəzi bankı qərarı ilə ölkə valyutası üzən məzənnəyə keçib. Bununla da manatın hazırda dolların rəsmi məzənnəsi 47,63% və ya 0,501 manat artaraq 1,5500 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası da 47,88% və ya 0,5456 manat artaraq 1,6850 manata yüksəlib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net