Ombudsman Nardaranda saxlanılanlarla bağlı Baş Prokurorluğa müraciət edib
Tarix: 21-12-2015, 15:09 | Çap et
Ombudsman Nardaranda saxlanılanlarla bağlı Baş Prokurorluğa müraciət edib
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova bir qrup Nardaran qəsəbə sakinindən daxil olan ərizə əsasında Baş Prokurorluğa müraciət edib.

Bu barədə APA-ya Ombudsman Aparatından məlumat verilib. Aparatdan bildirilib ki, Ombudsman Nardaran qəsəbəsində baş vermiş son hadisələrdə saxlanılan şəxslərin ailə üzvlərinin onlar barədə məlumat almaq istəyi ilə bağlı Baş Prokurorluğa müraciət edib. Qeyd olunub ki, Ombudsman Aparatı tərəfindən qanuna müvafiq digər zəruri addımlar da atılacaq.

Qeyd edək ki, bir qrup Nardaran qəsəbə sakini Ombudsman E. Süleymanovaya müraciət edib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net