Pərviz müğənnilərdən şikayətləndi: "Qadağa qoyacam"
Tarix: 21-12-2015, 14:50 | Çap et
Pərviz müğənnilərdən şikayətləndi: "Qadağa qoyacam"
“Bizim müğənnilər lazımi məsələlərdə inkişafdan qalıb. Danışanda dünya ulduzlarından misal çəkirlər. Bir az da qanun-qayda öyrənsələr yaxşı olar”.

Bu sözləri Axşam.az-a açıqlamasında müğənni-bəstəkar Pərviz Mahmudov deyib. O, ifaçılara onun mahnılarını oxumağa qadağa qoyacağını bildirib:

“Bəstələrin sahibi müəllifidir. Müğənni sadəcə onu ifa edir, pul qazanır və bu mahnılarla özünə şöhrət gətirir. Mahnıya böyüklük etmək haqqı yoxdur. Əgər bəstəyə qonorar ödəyirsə, qarşılığında ondan istifadə edir və oxuyur. Bir neçə dəfə efirlərdə rastlaşmışam ki, ifaçı deyir “Filankəs mənim halallığımı almadan mahnımı oxuyub. Halallıq vermirəm”. Hansı haqla? Sənin qanun-qaydadan xəbərin var? Müəllif sənin özünə qadağa qoya bilər. Yaxın Türkiyəyə nəzər salın. Bir mahnını bir neçə müğənni ifa edir. Hərəsi də müəllifə ayrı-ayrı pul ödəyir. Çünki ifaçı həmin bəstədən pul qazanır. Mən öz bəstələrimin yiyəsiyəm. əgər mənim bəstəm haqqında hansısa müğənni belə danışarsa, onun özünə qadağa qoyacam”.

Qeyd edək ki, P.Mahmudov Aygün Kazımova, Röya, Günay İbrahimli, Sevda Yahyayeva kimi müğənnilərlə çalışıb. O, "Son görüş", "Bəlkə də", "Səndən öncə, səndən sonra", "O zaman", "Sənsiz" kimi mahnıların müəllifidir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net