Kəndlisini bıçaqlayıb öldürən şəxsin məhkəməsi başladı
Tarix: 21-12-2015, 12:38 | Çap et
Kəndlisini bıçaqlayıb öldürən şəxsin məhkəməsi başladı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həmkəndlisini öldürməkdə Müseyib Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Lent.az-ın məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası dekabrın 29-a təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin iyulun aynın 10-da Maştağa qəsəbəsində baş verib. Qəsəbə sakini, əvvəllər məhkum olunmuş Müseyib Həsənov münaqişə zəminində həmyerlisi Şamil Kərimova bıçaqla xəsarət yetirib və hadisə yerini tərk edib. Nəticədə Ş.Kərimov hadisə yerində ölüb. Sabunçu rayonu 14-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Həsənov tutulub.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net