Manatın kəskin ucuzlaşması metro tikintisini dayandıracaqmı - AÇIQLAMA
Tarix: 21-12-2015, 12:36 |
Çap et
Manatın dollar qarşısında növbəti dəfə devalvasiyaya uğraması cəmiyyətdə şok effekti yaradıb. Hökumət dairələri bir çox investisiya layihələrini hələ ikinci devalvasiyadan əvvəl onsuz da təxirə salmışdı.
Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) qənaət rejiminə keçdiyini elan etmişdi. Belə olan halda ölkədə başa çatdırılması çoxdan gözlənilən layihələr dayandırılacaqmı? Məsələn, “Avtovağzal” və “Memar Əcəmi-2” stansiyaları bu dəfə vaxtında təhvil veriləcəkmi?
“Bakı Metrosu” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Modern.az saytına deyib ki, indidən nə isə deməyin çətin olduğunu deyib:
“Nələrin baş verəcəyini indidən demək tezdir. Ancaq “Avtovağzal” və “Memar Əcəmi-2” stansiyalarının təhvil verilməsinin gecikəcəyini düşünmürəm. Çünki orada işlərin böyük əksəriyyəti görülüb, layihə başa çatmaq üzrədir”. Qurum rəsmisi bildirib ki, stansiyaların təhvil verilməsinin 2016-cı ilin ilk yarısına planlaşdırılır.