Devalvasiya: dünya təcrübəsi və Azərbaycan (SİYAHI)
Tarix: 21-12-2015, 12:07 | Çap et
Devalvasiya: dünya təcrübəsi və Azərbaycan (SİYAHI)
Bu gün Azərbaycan Mərkəzi bankı qərarı ilə ölkə valyutası üzən məzənnəyə keçib. Bununla da manatın hazırda dolların rəsmi məzənnəsi 47,63% və ya 0,501 manat artaraq 1,5500 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası da 47,88% və ya 0,5456 manat artaraq 1,6850 manata yüksəlib. Bununla da Azərbaycan valyutası 98% devalvasiyaya məruz qalıb.

Manat devalvasiyaya uğrayan yeganə valyuta deyil.

AzVision.az ilin əvvəlindən devalvasiyaya məruz qalan valyutaların siyahısını təqdim edir:

Qazaxıstan təngəsi - 85%;

Norveç kronu – 32,9%;

Kanada dolları – 19,9%;

Avstraliya dollar – 26,2%; Avro – 20%;

Belarus rublu – 54%;

Gürcü larisi – 35,3%;

Çin yuanı – 5%;

Cənubi Koreya vonu – 16,2%;

Yapon yeni – 21%;

Sinqapur dolları – 12%;

Türkiyə lirəsi – 32%;

Malayziya rinqqiti – 32,3%;

Azərbaycan manatı isə son 10 ayda 98% devalvasiya olub

Ümumilikdə, dünyanın aparıcı valyutaları dollara nisbətdə ən azı 15% azalıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net