İrana yeni S-300-lərin veriləcəyi vaxt bilindi
Tarix: 21-12-2015, 10:32 | Çap et
İrana yeni S-300-lərin veriləcəyi vaxt bilindi
Rusiya İrana S-300-ləri gələn ilin sonunda verəcək.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Rostex” korporasiyasının baş direktoru Sergey Çemezov söyləyib. Onun sözlərinə görə, artıq Rusiya S-300-lər üçün İrandan avans alıb:

“İranlılar S-300-ləri onlara verməyimizi istəyiblər. Hesab edirəm ki, tədarük 2016-cı ilin sonunda başlayacaq. Biz artıq avans almışıq. Düşünürəm ki, gələcəkdə əməkdaşlığımız daha da genişlənəcək”.

Qeyd edək ki, noyabrın 9-da Sergey Çemezov jurnalistlərə açıqlamasında Rusiya və İranın S-300 raketlərinin Tehrana verilməsi ilə bağlı silah müqaviləsi imzaladığını bəyan edib. Əslində, Suriya üçün nəzərdə tutulan bu zenit raket komplekslərinin Dəməşqə verilişi məhz İsrailin icazəsi ilə dayandırılıb. Bu müqaviləyə əsasən, iranlılar 4 ədəd S-300PMU-2 zenit raket kompleksi alacaqlar. Tehranla Moskva arasında imzalanan müqavilənin dəyəri təxminən 1 milyard dollardır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net