Neftin qiyməti 36 dollara düşdü – Anti-rekord
Tarix: 18-12-2015, 16:37 | Çap et
Neftin qiyməti 36 dollara düşdü – Anti-rekord
Dünya bazarlarında neftin qiymətinin sürətlə ucuzlaşması prosesi davam edir.

Bu barədə AzVision.az `TASS`-a istinadən xəbər verir.

Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında Brent markalı neftin 2016-cı ilin yanvar ayına olan fyuçersinin dəyəri 0,54% və ya 0,20 dollar azalaraq 36,86 dollara düşüb. Bu arada ticarət əməliyyatları zamanı neftin qiymətləri 7 illik minimuma düşərək 38,88 dollar olub.

WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti hazırda ötən günlə müqayisədə 1,37% və ya 0,48 dollar geriləyərək bir barel üçün 36,28 dollar təşkil edib.

Qeyd edək ki, sonucu dəfə neft qiymətləri bir barel üçün 36 dollar 78 il əvvəl olub.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net