
Liviyada vahid hökumətin qurulması üçün razılıq əldə olunub.
Axar.az xəbər verir ki, Tobruk və Tripoli hakimiyyətləri arasında əldə olunan razılıq Mərakeşdə BMT-nin vasitəçiliyi ilə baş tutub.
Anlaşma mərasiminə məclis təmsilçilərindən savayı 200-ə yaxın liviyalı qatılıb.
Bəzi ekspertlər iki qrup arasında əldə olunan razılaşmanı formal hesab edir. Çünki ölkədə fəaliyyət göstərən silahlı təşkilatların razılaşmanı dəstəkləyəcəyi sual altındadır.

