“Günəşli” yatağında xəsarət alan neftçilərdən ikisi evə buraxılıb
Tarix: 18-12-2015, 16:00 | Çap et
“Günəşli” yatağında xəsarət alan neftçilərdən ikisi evə buraxılıb
SOCAR-ın “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş qəza nəticəsində xəsarət alaraq Mərkəzi Neftçilər Xəstəxanasına (MNX) yerləşdirilən neftçilərdən 2 nəfəri evə buraxılıb.
MNX-nın mətbuat katibi Aytən Fətəliyeva APA-ya açıqlamasında bildirib ki, xəstəxanada olan neftçilərin müalicəsi davam etdirilir. Onun sözlərinə görə, neftçilər-Məlahət Əliyeva və Heydər Abbasov səhhətlərində problem olmadığına görə bu gün evə buraxılıblar: “Hazırda xəstəxanada olan 13 neftçinin müalicəsi davam edir”.

Qeyd edək ki, dekabrın 4-də baş verəm qəzada 7 nəfər həlak olub, 23 nəfər itkin düşüb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net