Bir neçə məhkəməyə yeni hakimlər təyin ediləcək
Tarix: 18-12-2015, 14:09 | Çap et
Bir neçə məhkəməyə yeni hakimlər təyin ediləcək
Azərbaycanda bir neçə məhkəməyə yeni hakimlər təyin ediləcək.

Məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasının gündəliyinə daxil edilib.
Layihəyə əsasən, Ali Məhkəmənin hakimi Tapdıq Mahmudovun vəzifəsi dəyişdiriləcək. O, Gəncə Apelyasiya Məhkəməsinin hakimi vəzifəsinə təyin ediləcək.
Eyni zamanda, Bakı, Sumqayıt və Şirvan Apelyasiya məhkəmələrinə hakimlər təyin ediləcək. Belə ki, Kəmalə Abiyeva Bakı Apelyasiya Məhkəməsinə, Xəyalə Cəmilova və Fərmayıl Zeynallı Sumqayıt Apelyasiya Məhkəməsinə, Rafael Eyvazov isə Şirvan Apelyasiya Məhkəməsinə hakim təyin olunacaq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net