![Avropa İttifaqı ümumi sərhəd xidməti yaradacaq Avropa İttifaqı ümumi sərhəd xidməti yaradacaq](/uploads/posts/2015-12/1450430666_v.jpg)
2016-cı ilin birinci yarısında Avropa İttifaqı sərhəd və sahil mühafizəsi üzrə Avropa agentliyinin yaradılmasına dair qərar qəbul edəcək.
Oxu.az MK-ya istinadən xəbər verir ki, bu barədə Aİ ölkələrinin sammitinin yekunları üzrə komünikedə bildirilib.
Şengen məcəlləsinin islahatları üzrə AK-nin təklifləri öyrəniləcək.
“Şuraya komissiyanın dekabrın 15-də “Avropa sərhəd və sahil mühafizəsi” və sərhədlər haqqında şengen məcəlləsi, “könüllü sxem üzrə humanitar köçmə” və geri qayıtma üçün sənədlər üzrə təkliflərinin öyrənilməsi tapşırılıb.
Şura Niderlandın sədrlik etdiyi dövr ərzində “Avropa sərhəd və sahil mühafizəsi” üzrə mövqeyi təsdiqləməlidir”, - komünikedə deyilir.