Cibgir qadın 150 manatın güdazına getdi - 7 il 6 ay
Tarix: 18-12-2015, 12:56 |
Çap et
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Zümrüd Adilovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Virtualaz.org saytının əldə etdiyi məlumata görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə görə, Z.Adilova 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bu il iyulun 18-də Elyanə Mehdiyevanın çantasından 150 manat oğurlamış şəhər sakini Zümrüd Adilova Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, Z.Adilova əvvəllər də oğurluğa görə dəfələrlə məhkum olunub.