`Bunun arxasında Kerrinin çubuğu dayanır`
Tarix: 18-12-2015, 12:47 | Çap et
`Bunun arxasında Kerrinin çubuğu dayanır`
“Təəssüf ki, ABŞ-ın siyasəti ermənipərəst, faktiki ermənilərin sifarişini yerinə yetirən şəxslərin girovuna çevrilmiş şəxslərin siyasəti kimi təqdim oluna bilər”.

AzVision.az-ın məlumatına görə, bu barədə Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov parlamentin bu gün keçirilən plenar iclasındakı çıxışı zamanı deyib.

S.Seyidov hesab edir ki, amerikalı konqresmen Kris Smitinin hazırladığı Anti-Azərbaycan layihəsi ABŞ-ın özünə mənfi təsir göstərir: “Bu qanun layihəsi Azərbaycan mediasında ABŞ Konqrensinin Helsinki komitəsinin qəbul etdiyi qanun layihəsi kimi təqdim edilir. Bu reallıqdan uzaq olan bir məsələdir. Helsinki komissiyası ABŞ-da ATƏT-lə əməkdaşlıq etmək üçün yaranmış bir qrumdur. Bura 9 konqrsmen, 9 senator, Dövlət Departamentindən 3 nəfər, Müdafiə və Ticarət Nazirliyindən 1 nəfər daxildir. Yəni, Helsinki komissiyasının Konqreslə əlaqəsi olsa da, ona aid olmayan bir qrumdur”.

Komitə sədri vurğulayıb ki, Kris Smit özü bu qanun layihəni təklif edərək böyük bir provakasiyanın yaranması üçün əlindən gələni edir.

Deputat Fəzail Ağamalı çıxışı zamanı qeyd edib ki, Azərbaycana qarşı yenidən hücumlara yol verilir: “Azərbaycanın tutmuş olduğu yol demokratik yoldur. Məni təəssüfləndirən odur ki, Amerika ATƏT Minsk qrupunun üzvü kimi Dağlıq Qarabağın separatçıları ilə görüşür. Dövlət Departamenti bu günə kimi bu cür hallara qarşı hüquqi qiymətini verməyib. Bunun da arxasında hesab edirəm ki, erməni təsirində olan dövlət katibi Con Kerrinin dirijor çubuğu dayanır”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net