![Erməni biznesmen özünü güllələdi Erməni biznesmen özünü güllələdi](/uploads/posts/2015-12/1450424513_v.jpg)
Ermənistanda “Levon Amirxanyan” şirkətinin sahibi Abram Amirxanyan intihar edib. Modern.az-ın Ermənistan mediasına istinadən verdiyi xəbərə görə, müflisləşən biznesmen evində özünü güllələyib.
Onun bir neçə milyon dollar borcu olduğu da bildirilir. Biznesmen özünü öldürməzdən əvvəl yazdığı məktubda qeyd edib ki, müflisləşməsində yalnız özü günahkar olub.