![Obama yeni ili harada keçirəcək? Obama yeni ili harada keçirəcək?](/uploads/posts/2015-12/thumbs/1450421461_v.jpg)
ABŞ prezidenti Barak Obama bu gün ailəsi ilə birgə Havay adalarına gedəcək.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, prezident ailəsi burada yeni il tətilini keçirəcək.
Bu müddət ərzində nə Ağ Ev sahibi, nə də onun ailə üzvləri ictimai tədbirlərdə iştirak etməyi planlaşdırmır.
Daha əvvəl Obamanın mətbuat katibi Coş Ernest bildirmişdi ki, Honolulu yolunda prezident Sen-Bernardino da terror aktlarının qurbanlarının yaxınları ilə görüşəcək.
Xatırladaq ki, dekabrın üçü ABŞ-ın San-Bernardino şəhərində, fiziki məhdudiyyəti olan şəxslər üçün nəzərdə tutulan müəssisədə baş verən silahlı hadisə nəticəsində 14 nəfər ölüb, 17 nəfər isə yaralanıb.
Qeyd edək ki, Obamanın özü 1961-ci ildə Honoluluda anadan olub.