Ukrayna Krımla bütün əlaqələri kəsmək qərarı verdi
Tarix: 16-12-2015, 16:22 | Çap et
Ukrayna Krımla bütün əlaqələri kəsmək qərarı verdi
Ukrayna hakimiyyəti Rusiya tərəfindən ilhaq olunmuş Krımla gerçəkləşdirilən bütü ticarət və xidmət əlaqələrinə son qoyub.

Avropa.info xəbər verir ki, Krıma elektrik enerjisinin verilməsi isə Milli Təhlükəsizlik və Müdafiə Şurasının səlahiyyətinə verilib.

Krıma qoyulan qadağa ərzaq məhsullarını, məişət mallarını və xidmətləri əhatə edəcək. Qərar Krımın Rusiya ərazisi olması və müvəqqəti olaraq Rusiya tərəfindən işğal olunması ilə əsaslandırılıb.

Qərar bu gün qəbul olunub və bir aydan sonra qüvvəyə minəcək. Yeganə istisna Krıma keçən vətəndaşların şəxsi əşyaları və humanitar yardım olacaq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net