![MTRŞ “Bir kəndin sevinci” serialı haqda fikirlərə münasibət bildirib MTRŞ “Bir kəndin sevinci” serialı haqda fikirlərə münasibət bildirib](/uploads/posts/2015-12/1450266938_v.jpg)
Milli Televiziya və Radio Şurası (MTRŞ) “Planet Parni iz Baku” KVN teatrının aktyorlarının “Space” televiziyasında yayımlanmış “Bir kəndin sevinci” serialının çəkilişinə vəsait ayrılmaması ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib. MTRŞ-nın Aparat rəhbəri Toğrul Məmmədli APA-ya bildirib ki, “Bir kəndin sevinci” serialının çəkilişi Şura tərəfindən qismən maliyyələşdirilib: "“Space” televiziyasında yayımlanmış “Bir kəndin sevinci”, habelə “Tək olanda qorxma” seriallarına qismən maliyyə ayrılıb. Yerdə qalan hissəni telekanal özü maliyyələşdirməli idi”.
T. Məmmədli qeyd edib ki, “Bir kəndin sevinci” serialının çəkilişinin xərcləri ilə bağlı hesabat Şuraya təqdim olunub.
Qeyd edək ki, “Planet Parni iz Baku” KVN teatrının aktyorları “Bir kəndin sevinci” adlı serialının 9 seriyasının çəkilişinə vəsait ayrılmadığını, son 18 seriyanın öz vəsaitləri hesabına çəkildiyini bildiriblər.