![Prezidentlər adi vətəndaşlardan tez ölürlər - ARAŞDIRMA Prezidentlər adi vətəndaşlardan tez ölürlər - ARAŞDIRMA](/uploads/posts/2015-12/1450262239_v.jpg)
Prezidentlik insana böyük imtiyazlar və qeyri-məhdud hakimiyyət versə də, buna görə ödənilən hesab da ağır olur. Modern.az saytı xəbər verir ki, Harvard tibb məktəbinin tədqiqatçıları dünya liderlərinin əllərində hakimiyyət cəmləşməyən həmyaşıdlarına nisbətən tez öldüyünü sübut edib.
İş yerində keçirilən stress ölkə başçılarının orta həyatının davamlılığını 3 il azaldır. Araşdırmaçı-həkimlər 17 ölkənin – Britaniyanın, Kanadanın, Fransanın, ABŞ-ın və digərlərinin prezident və baş nazirlərinin istefadan sonra yaşadıqları ömrü onların sadə həyat sürən həmkarları və seçkidə məğlub olan opponentləri ilə müqayisə ediblər.
279 ölkə başçısı və seçkilərdə onlara məğlub olan 261 namizədin yaşam dövrü ilə bağlı apaırlan araşdırmalar ölkə liderlərinin məğlub rəqiblərinə nisbətən orta hesabla 3 il az yaşadığını müəyyən edib.
Alimlərin fikrincə, ölkəninin idarə olunması dövlət başçılarının düzgün qidalanma və fiziki hazırlığa çox vaxt ayırmasına mane olur.
Məsələn, sabiq ABŞ prezidenti Bill Klinton fastfuda qarşı zəiflıik nümayiş etdirir. Bu həm də Klintonun stress qidalanmasından əziyyət çəkdiyini sübut edir. Ağ Evi tərk etdikdən və ürək əməliyyatı keçirdikdən sonra amerikalı prezident öz sağlamlığını qorumaq xatirinə fastfuddan imtina edərək vegeterian oldu.
İstənilən halda, Amerika prezidentləri digər ölkə başçılarından çox yaşasa da, öz həmyaşıdları ilə müqayisədə onlar da az yaşayırlar. Dünyada ən yüksək tibbi yardım ala bilmək imkanına Yer kürəsi sakinlərinin yalnız 1 faizi malikdir. Bütün dünya liderləri həmin bir faizlik xoşbəxt zümrənin içində olsalar da, bu fakt belə onların həmyaşıdlarından çox yaşamasına yardım edə bilmir.