İki eks-deputat Avropa Məhkəməsinə müraciət edəcək
Tarix: 16-12-2015, 13:40 | Çap et
İki eks-deputat Avropa Məhkəməsinə müraciət edəcək
Noyabrın 1-də Milli Məclisə keçirilən seçkilərin nəticələri rəsmən təsdiqlənsə də, prosesdən narazı qalanlar da oldu. Onların arasında iki keçmiş deputat da var. Səsvermənin nəticələri ilə razılaşmayanlar bununla bağlı məhkəmələrə müraciət ediblərmi?

106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən deputatlığa namizədliyini irəli sürən Ədalət Partiyasının sədri İlyas İsmayılov Modern.az saytına deyib ki, yerli instansiyalara dəfələrlə müraciət etsə də, şikayəti nəticəsiz qalıb. Onun sözlərinə görə, dairə üzrə toplanan səslər onun xeyrinə olub:

“Səsvermənin xeyrimə olmasına baxmayaraq, nəticələrin saxtalaşdırılması ilə bağlı yalan məlumatlar səsləndirildi. Məsələ ilə bağlı Dairə Seçki Komissiyası, Mərkəzi Seçki Komissiyası və Apelyasiya Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişəm. Amma heç bir nəticəsi olmadı. Məhkəmədə haqqını tapmaq olmur. Azərbaycanda heç bir məhkəmə şikayətimi təmin etmədi. Belə olan şəraitdə Avropa Məhkəməsinə müraciətim istisna olunmur”.

35 saylı Xətai üçüncü seçki dairəsindən namizədliyini irəli sürən Ümid Partiyasının sədri İqbal Ağazadə nəticələrin ləğv olunması ilə bağlı lazımi qurumlara müraciət etdiyini bildirib:
“Bir neçə məntəqədə səsvermənin hesablanması zamanı yol verilən qanunsuzluqlarla bağlı şikayətimiz hələ də qüvvədədir. Konstitusiya Məhkəməsinin məsələ ilə bağlı cavabı məlum oldu, nəticə heç də arzuolunan deyil. Ümid Partiyasının Rəyasət Heyətində nəticələrlə bağlı müzakirə aparılacaq. Bundan sonra Avropa Məhkəməsinə müraciət edilib-edilməyəcəyi müəyyənləşəcək ”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net