Rusiyalıların telexəbərlərə inamı azalır
Tarix: 16-12-2015, 13:30 | Çap et
Rusiyalıların telexəbərlərə inamı azalır
Son yarımildə televiziya xəbərlərinə inanan rusiyalıların sayı 9 faiz azalıb və hazırda 41 faiz təşkil edir. Bu barədə Levada sorğu mərkəzinə istinadla “Kommersant” qəzeti yazır.

Altı il öncə, 2009-cu ildə, demək olar 2 dəfə çox, 79 faiz telexəbərlərə inanırdı.

Ancaq televiziya hələ də əsas informasiya mənbəyi olaraq qalır. Respondentlərin 85 faizi dünyada və ölkədə baş verənlər barədə məhz televiziyadan xəbər tutduğunu deyib. 21 faiz xəbəri dost-tanışından, 21 faizi internetdən alır. Sorğu 20-23 noyabr tarixlərində keçirilib.

Hakimiyyətin mövqeyini dəstəkləməyənlər, ali təhsillilər, internet istifadəçiləri getdikcə televizora daha az baxırlar. Sosioloqlar bu qənaətə gəliblər.

Levadanın bu ilin avqustunda keçirdiyi sorğu üzə çıxarmışdı ki, rusiyalıların 67 faizi televiziyanı faydalı və obyektiv sayır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net