Rövşən Lənkəranskinin killeri 13 il azadlıqdan məhrum edildi
Tarix: 16-12-2015, 12:24 | Çap et
Rövşən Lənkəranskinin killeri 13 il azadlıqdan məhrum edildi
“Qanuni oğru” Rövşən Lənkəranskinin əlaltısı olan killer 13 il azadlıqdan məhrum edilib. Modern.az xarici mediaya istinadən bildirir ki, bu günlərdə Moskva vilayətinin məhkəməsi Nazim Hümbətovu (Topal Nazim) 2003-cü il sentyabrın 24-də “avtoritet” İlya Hüseynov və onun ortaqlarını Odintsovo rayonunun Qryaz kəndində öldürülməsində günahkar hesab edib.

Məlumatda qeyd edilir ki, bu taleyüklü güllələnməyə Hümbətov 3 nəfərin müşayiəti ilə gəlib. Danışıq atışma ilə nəticələnib, nəticədə Hüseynov və onu müşayit edənlədən biri öldürülüb. Bu olaydan sonra Hümbətov aradan çıxıb və 10 il axtarışda olub. Killer 2013-cü ildə Moskvada kirayədə qaldığı mənzildə tutulub.

Məliyyatçıların məlumatına görə, Topal Nazim öz bossunun – Pokrovski meyvə-tərəvəz bazasının və onunla bağlı göyərti topdansatış ticarət mərkəzinin fəaliyyətinə nəzarət edən “qanuni oğru” Rövşən Lənkəranski kimi daha çox tanınan Rövşən Canıyevin əlində alət olub. Moskva vilayətindəki tərəvəz bazarı uğrunda mübarizə zamanı onlarla adam öldürülüb, bu cinayətlərin böyük hissəsində Hümbətov şübhəli bilinib.

Hümbətov saxlanılıb “Matrosski tişina”ya gətiriləndən sonra “avtoritetlərin” təşkil etdiyi böyük miqyaslı qarşıdurmanın iştirakçısı olub. “Qanuni oğrular”ın və “avtoritetlər”in qanlı mübarizəsi 2014-cü ilin dekabr ayında baş verib. O zaman azərbaycanlı “qanuni oğru” Zayka ləqəbi ilə tanınan Zaur Əliyevin kamerasına Nazim Hümbətov və Erdak Lənkəranskinin rəhbərliyi ilə 30 nəfərə yaxın adam soxulub. Qandallanmış Zayka vəhşicəsinə döyülüb və bu proses bir neçə mobil telefonla çəkilərək Quli ləqəbli “qanuni oğru” Nadir Salifovun Azərbaycandakı həbsxanaların birində “Skype”də nümayiş etdirilib. Sonradan məlum olub ki, Zaykanın vəhşicəsinə döyülməsinin sifarişçisi məhz Quli olub və o bununla Zaykadan 8 il əvvəl telefon danışığı zamanı təhqir etməsinin əvəzini çıxıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net